<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>421</hymn_number>
<title>Ey Tanrım, Sən uca, saf bir varlıqsan İL421</title>
<lyrics>[V1]
 Ey Tanrım, Sən uca, saf bir varlıqsan,
 Yaşayan, əbədi, ilahi varlıq.
 Sən hikmət, Sən işıq, Sən bol həyatsan,
 İlahi, kim qaçmış nəzərlərindən.

[C1]
   Birinci Sənsən, axırıncı da Sən.
   Başlanğıc Sənsən, sonuncu da Sən.
   Yaradan Sənsən, yaşadan da Sən,
   Əzəli, əbədi Allahımsan Sən.

[V2]
 Yaratdığın bəndən hara qaçacaq
 Sənin nəzərindən, Sənin gözündən?
 Dikilib gözlərin qəlblərimizə
 Qəlbləri fəth edib, görən də Sənsən.

[V3]
 Günəşdən də nurlu o baxışların
 Müqəddəs Dağından zillənib bizə.
 Kim qurtarar, ya Rəbb, Sənin əlindən,
 Sənin nəzərindən, Sənin gözündən?</lyrics>
</song>